What is Consulting? What problems do consultants solve?

Consulting Nədir? Konsaltinq Xidmətləri: Konsultant-məsləhətçilər

İngilis və alman dillərindəki “consulting” sözü latınca konsultasiya, məsləhət, məsləhətçi anlamını verən “consultatio” sözündən yaranmışdır. Sovet dönəmində başqa alınma terminlər kimi “konsaltinq” termini də ideoloji səbəblərdən qadağan edilmişdi. Faktiki olaraq məsləhətçi-konsultantların işini araşdırma institutları yerinə yetirirdi, onların da başlıca devizi “elmi istehsalata!” şüarı idi. Çağlar dəyişdi, sosializm iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar yarandı.

Bəzi tədqiqatçılar konsaltinqi (məsləhətləşməni) – məsləhət vermə sənəti hesab edir və haqlı olaraq konsaltinqi idarəetmə sənətinin xüsusi növünə aid edir. Onlar, insanlarla işləyərkən həll edilə bilməyən problemləri uğurla həll etmək, operativ sürətdə gərəkli bilgilər tapıb və ondan maksimal yararlanmaq, faktların kompleks analizini aparıb orijinal, qeyri-standart çözümünü tapmaq və başqa böyük bacarıq istəyindən qaynaqlanır.

Konsultantlar (məsləhətçilər) bütün fəaliyyət sahələrində vardır; məsələn, qrafik dizayn, toyların təşkili, moda məsələləri, karyera seçimi üzrə məsləhətçilər var. Bunlar konsaltinq fəaliyyətinin geniş yayılmış növləridir. Ancaq konsaltinq xidmətini göstərən başqa mütəxəssislər də vardır: abituriyentləri ali məktəblərə daxil olmağa hazırlaşdıran repetitorlar, ən  yaxşı işçilərin seçilib bir firmadan başqasına keçirilməsi üzrə mütəxəssislər, daşınmaz əmlak və turizm bürolarında çalışan agentlər.

Məsləhət vermə sənəti başqa yaradıcılıq işləri ilə doğmalıq, uyğunluq təşkil edir, buna görə də konsultant öz işində virtuaz (mahir sənətkar) olmalıdır. Onun verdiyi məsləhətlər bizim özəl həyatımızın bütün problemləri üzrə “adi məsləhətlərdən” seçilir. İdarəetmə konsaltinqi sahəsinin mütəxəssisləri, yəni konsultantlar yalnız özəl diaqnostika apardıqdan – məsləhətləşən təşkilatda yaranmış durumun səbəblərini analiz etdikdən sonra öz peşəkar məsləhətlərini verir. Konsultasiya yardımının başlıca forması konsaltinq layihəsidir.

İndiki dövrdə konsaltinq, yönəltmə problemlərinin çözüm yolu kimi özəlliklə aktualdır. Bu son 10-15 ildə Rusiyanın sənaye müəssisələrində, qurumlarda və əmək kollektivlərində yeni idarəetmə metodlarını şərtləndirən sosial-iqtisadi şərtlərin tamamilə dəyişməsi ilə əlaqələndirilir. Yerli qurumların fəaliyyətində baş vermiş dəyişikliklər həmin qurumların idarə edilməsində bir çox ənənəvi aksiomaların yenidən baxılması ilə nəticələndi. Əvvəllər inkişaf edən müəssisələrdə şaquli əlaqələrin üstünlük təşkil etdiyi sabit, iyerarxiyalı  təşkilat  strukturu  kimi cəhətlər, indi nöqsan kimi  dəyərləndirilir,  çünki  sərt, inersiyalı struktur bazar tələbində yaranan dəyişikliklərə dərhal reaksiya verməyə imkan vermir. Bazar konyukturasında (vəziyyətində) baş vermiş dəyişikliklərə müəssisənin məhz tez bir zamanda uyğunlaşması rəqabət mübarizəsində başlıca vasitə hesab edilir. Daim dəyişən şərtlərə tab gətirmək və uyğunlaşmaq üçün müasir qurumlar öz strukturunu və işin təşkilini, iş dünyasının fəaliyyət strategiyasını və taktikasını davamlı şəkildə dəyişmək məcburiyyətindədir. Bu müəssisələrin fəaliyyətində ən önəmlisi aşkarlıq və muxtariyyət, uyuşqanlıq prinsipləridir ki, bunlar da öz sırasında yeni tipli müəssisələrin başlıca təşkilat strukturunu xarakterizə edir. Qeyri müəyyənlik və sərt rəqabət şəraitinə tab gətirmək üçün müasir qurumlar kompleks tədbir və üsullardan yararlanmalıdır. Həmin kompleks tədbir və üsullardan biri, baş vermiş problemlərin həll edilməsi üçün daxili konsultantların yaranmış çətinlikdən çıxış yolu tapmağa yardım edən mütəxəssislərin cəlb edilməsidir. Təşkilatı problemləri təbii ki, sərbəst şəkildə də həll etmək Lakin bir çox hallarda kənardan mütəxəssislərin cəlb edilməsi iqtisadi cəhətdən daha faydalı sayılır, belə ki, gecikdirmə halı çox vaxt rəqabətə davamlılıq cəhətinin itirilməsinə gətirib çıxara bilər. Bu isə nəticə etibarı ilə həm istehsal olunan məhsula dair tələbata və təbii ki, ondan əldə edilən gəlirə təsir edir.

Qərbdə konsaltinq xidmətlərinin müasir siyahısı 1950-60-cı illərdə yaranmışdır və həmin dövrü bəzən “konsaltinqin qızıl əsri” adlandırırlar. XXI əsrin başlanğıcında məsləhət vermə (konsaltinq) anlayışını açıqlayan yetərincə çox təriflər formalaşmışdır. Bunlardan bəziləri aşağıdakılardır.

Konsultasiya – maraqlı olan təşkilatın problemlərinin araşdırılıb və həll edilməsi istiqamətində müəyyən ixtisaslı müstəqil şəxs tərəfindən göstərilən xidmətdir.

Konsaltinq – mütəxəssisin müştəriyə öz xüsusi bilik və təcrübəsini, bacarıq və səriştəsini təqdim etməsi prosesinə deyilir.

Məsləhətvermə – rəhbərlərə, sahibkarlara və mütəxəssislərə qeyri-standart problemlərin həllində peşəkar köməkliyin göstərilməsi deməkdir.

Konsaltinq – əsas məqsədi müştərinin problemlərini və konkret sahəni nəzərə almaqla inkişaf perspektivlərinin analizi və əsaslandırılmasından, həmçinin elmi-texniki və təşkilati-iqtisadi innovasiyalardan ibarət olan  intellektual fəaliyyət növüdür.

Konsaltinq – şirkət işində ən yüksək idarəedici heyətə əsas problemlərin həllində və sabit uğurun əldə edilməsində göstərilən köməkdir. (Bu cür yetərincə geniş açıqlamanı McKinsey&Company transmilli konsaltinq şirkəti verilmişdir. Bu şirkət idarəetmə konsaltinqi konsepsiyasının yaradıcısı sayılır.)

Beləliklə, faktiki olaraq konsaltinq – müəssisə qarşısında dayanan problemlərin həllində kənar konsultantlar tərəfindən istənilən yardımın göstərilməsidir. Bununla belə konsaltinqin başlıca məqsədi müəssisənin idarə edilməsi keyfiyyətinin, bütövlükdə onun fəaliyyətinin effektivliyinin və hər bir işçinin fərdi əmək səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Məsləhətçi-konsultantlar hansı problemləri həll edir

Konsultant öz sifarişçisinə müəyyən sahədə konsaltinq xidməti göstərən mütəxəssisdir.

Konsultant aşağıda göstərilmiş alqaritmi yerinə yetirmək şərti ilə məsələni uğurla çözə bilər:

  • sifarişçi-təşkilatın qarşısında duran problemlərin diqqətlə araşdırılması və üzə çıxarılması;
  • praktiki zəmanətin təşkilati dəyişikliklər layihəsi formasında yaradılması;
  • informasiya texnologiyaları sahəsində düzgün strategiyanın seçilməsi;
  • müəssisənin fəaliyyət praktikasında konsaltinq layihəsinin tətbiq edilməsi.

Müəssisədə aparılan  ilkin  yoxlamaya dayanaraq  konsultant  hər bir bölmənin çözməli olduğu məsələlərlə, yəni işçilər arasında öhdəliklərin bölüşdürülməsi, işçilərin bölmələrə görə paylanmasıyla bağlı məsləhətlər verə bilər.

Müəssisədə yaranmış durumun çətinliyindən asılı olaraq konsultantlar təkbaşına, ya da komanda şəklində çalışa bilər. Konsultantın xidməti – müəssisədə vaxtaşırı yaranan problemlərə verdiyi cavablardan ibarətdir, həmin problemlər müstəqil şəkildə həll edilə bilməz.

Artıq xaricdə olduğu kimi Azərbaycanda da konsaltinq xidmətləri daxili və kənar konsultantlar tərəfindən göstərilir.

Onların fərqi bundan ibarətdir ki, kənar konsultantlar maraqlı olan təşkilat tərəfindən yalnız konkret sifarişin yerinə yetirilməsi üçün çağırılır, daxili konsultantlar isə təşkilatın ştatda olan işçiləridir. Kənar konsultantlar ümumi problemlər və idarəetmə prinsipləri ilə məşğul olan ekspertlər, yəni  universallar  və  həm təşkilatın özündə, həm də xalq təsərrüfatı sahəsində daim yaranan konkret problemlərin həlli ilə məşğul olan mütəxəssislər qrupuna bölünür.

3 thoughts on “What is Consulting? What problems do consultants solve?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *