What is outsourcing, its history. Types of outsourcing

Autsorsinq nədir, yaranma tarixi. Autsorsinqin növləri və formaları

Autsorsinq (outsourcing) ingilis sözüdür, “outside resource using” (kənar qaynaqdan yararlanmaq) söz birləşməsindən yaranıb. Biznes dilində desək, şirkətin effektsiz, ya da az effektli fəaliyyət növünün daha üstün keyfiyyət göstəriciləri olan peşəkar tərəfdaşlarına ötürülməsi deməkdir.

“Autsorsinq” anlayışı XX yüzilliyin fenomeni kimi qəbul edilib və yalnız XX yüzilliyin 80-ci illərindən başlayaraq biznes dünyasında bir istiqamət kimi geniş yer almağa başlayıb.

Autsorsinqin tarixi

“Autsorsinq” sözü termin olaraq ilk dəfə 1989-cu ildə “Eastman Kodak” şirkəti tərəfindən istifadə edilmişdir. Onlar İT xidmətlərini başqa şirkətə ötürməklə bu istiqamətdə daha üstün keyfiyyət göstəricilərinə nail ola bildilər.

Autsorsinq xidmətlərinin tarixində hüquq və auditor şirkətlərinin özəl rolu var. Mütəxəssislərin fikrincə, XX yüzilliyin başlanğıcında dünyaca tanınmış “Böyük dördlük”: “KPMG”, “Deloitte & Touch”, “Price waterhouse Coopers” və “Ernst & Young” kimi auditor firmalarının – illik gəlirləri 50 milyard dollar təşkil edirdi.

Autsorsinq xidmətinin tarixindən danışanda iki nəhəng “Ford Motors Company” və “General Motors” şirkətlərinin dahi menecerləri Henri Fordun və Alfred Slounun qarşıdurmasından danışmamaq mümkün deyil.

12 il boyunca Henri Ford xırda bir müəssisəni nəhəng holdinqə çevirməyi bacarmışdı. 1909-cu ildə avtomobil istehsalı sayını 18 644-dən 1 250 000-dək artmışdır. Ancaq artıq 1927-ci ildən başlayaraq “General Motors” şirkətinin istehsal etdiyi avtomobillər bazarda daha üstün yer qazanmağa başladı. Nəticədə, dahi menecer Henri Ford rəqibi Alfred Slouna uduzdu.

Yarandığı gündən “Ford Motors Company” şirkəti böyük bir imperiyanın qurulması ilə məşğul olmuşdur. Henri Ford məhsulun istehsalında və istehlakçıya çatdırılmasında hər bir prosesin məhz öz şirkətinin daxilində başlayıb bitməsinə nail olmuşdur. Bir misal gətirək: Ford Braziliyada 2,5 mln akr torpaq sahəsi alıb kauçuk plantasiyaları salmış, adını da “Fordlandiya” qoymuşdu. Ancaq bir az vaxt keçdikdən sonra Henri Ford belə bir qənaətə gəldi ki, “heç bir şirkət öz qaynaqları ilə yetinə bilməz.” Ancaq o, artıq gecikmişdi.

1921-ci ildə “General Motors” şirkətinə gəlmiş Alfred Sloun başqa yol ilə getdi. O, böyük bir layihə hazırladı. Layihənin yeniliyi autsorsinq şirkətlərinin xidmətlərindən yararlanmaq idi. Sloun anladı ki, müəyyən sahələrdə professional şirkətlərin xidmətlərindən istifadə etmək daha sərfəli və effektiv nəticə verir. Necə deyərlər, “Təkəri yenidən ixtira etmək heç də vacib deyil”.

Beləliklə, bu iki nəhəng şirkətin mübarizəsi bir daha autsorsinq xidmətlərinin ümumi biznesə nə qədər faydalı olmasını sübut etdi. Bu gün “Toyota Motor Corporation” firması demək olar ki, biznes proseslərinin 70 %-ni kənar müəssisələrə güvənir.

Beləliklə, autsorsinqin çox qısa, ancaq sürətlə inkişaf edən bir tarixi var. Buna sübut olaraq, autsorsinq xidmətinin növlərinə nəzər yetirsək kifayətdir. Cədvəldən göründüyü kimi, autsorsinq xidməti qısa müddət ərzində həddindən çox şahələnmişdir.

Autsorsinq xidmətlərinin növləri:

Autsorsinq xidmetleri

 

Autsorsinq xidmətlərinin formaları

Tam autsorsinq – müəssisənin müəyyən bir prosesinin tam halda kənar bir quruma verilməsi.

Misal: “Microsoft Corporation” şirkətinin işçilərinin təhsillərinin artırılması autsorsinq şirkətə həvalə edillib.

Hissəvi autsorsinq – müəssisənin müəyyən proseslərinin yalnız bir hissəsinin kənar bir təşkilata həvalə edilməsi.

Misal: “General Motors” şirkəti avtomobillərinin istehsalında yalnız bir xəttin avtomatlaşdırılması işini “Electronic Data Systems” şirkətinə həvalə edib.

Təkmilləşdirilmiş autsorsinq – autsorsinq xidmətlərinin yeni istiqamətlərindən biridir. Burada söhbət şirkətin bir neçə funksiyasının kənar şirkətlərə verilməsindən gedir.

Misal: “Apple Computer” korporasiyası 70 % istehsalat funksiyalarını “Tokyo Electric Power Company”, “Regis Mckenna” və b. kimi şirkətlərə autsorsinq edib.

 

One thought on “What is outsourcing, its history. Types of outsourcing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *