Legal services

Bakinar Konsaltinq şirkəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə aşağıdakı hüquq xidmətlərini göstərir:

Cinayət, Mülki, Əmək və başqa hüquq sahələri üzrə maraq və mənafelərinin məhkəmədə müdafiə olunması

Kommersiya hüququmünasibətləri üzrə:

  • Debitor və kreditor borcların inventarizasiyası və təhlili. Problemli debitor borcların geri qaytarılması, borc öhdəliklərinin idarə olunması.
  • Müqavilə baglamağı, dəyişməsi və icrası ilə bağlı mübahisələrin nizamlanması.
  • Sahibkarların hüquqlarının üçüncü şəxslərin qeyri-hüquqi hərəkətlərindən müdafiəsi. Hüquqi qeydiyyat.
  • Hüquqi ekspertiza və biznes-layihələrin müşaiyəti.
  • Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi.

Korporativ hüquqmünasibətləri üzrə:

  • Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi.
  • Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili;
  • Sizin biznesinizin Offşor trastlarının və fondların istifadə olunması yolu ilə yaradılan təhlükələrdən müdafiəsi;
  • Daxili korporativ və təsis sənədlərinin hazırlanması;
  • Aksiyaların əldə edilməsi və satılmasının hüquqi müşaiyəti;
  • Sahibkar və menecer arasında mübahisələrin nizamlanması;
  • Cəmiyyətin idarə olunmasında səhmdarlara öz hüquqlarının izah olunması;

Vergi hüququmünasibətləri üzrə:

  • Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası.
  • Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergiödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi.
  • Vergi mübahisələrinin məhkəmə/məhkəmədən xaric qaydada nizamlanması.
  • Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaqların qaytarılması.Artıq ödənilmiş/alınmış vergi və rüsumların geri qaytarılması. Ixrac ƏDV-nin geri qaytarılması.

Müqavilə hüquqmünasibətləri üzrə:

  • Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;
  • Sxemlərin, əməliyyatların, əqdlərin, onların sonrakı təkmilləşdirilməsi məqsədi ilə hüquqi təhlili, müqavilənin ayrı-ayrı şərtlərinin dəyişdirilməsi, əqdlərin vergi aqibətinin qeyri-müəyyənliyi baxımından arzuolunmazlığı ilə bağlı məsləhətlərin verilməsi.

Ailə hüquq münasibətləri üzrə:

  • nikaha xitam verilməsinə (etibarsız sayılmasına) dair mübahisələrin məhkəmyəqədər və məhkəmə qaydasında həlli;
  • ər-arvadın əmlakının qanuni rejimi, birgə mülkiyyət (əmlak), ər-arvadın ümumi əmlakının bölünməsi və payların müəyyən edilməsi ilə bağlı meydana gələn mübahislərin həlli;
  • ər-arvadın mülkiyyətinin müqavilə rejimi, nikah müqaviləsinin tərtib edilməsi, mübahisələrin (nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi) həlli;
  • uşağın mənşəyinin müəyyən edilməsi, atalığın (analığın) tanınması faktının müəyyən olunması və bu sıradan olan mübahisələrin həlli;
  • uşağın əmlak və digər hüquqları, uşağın müdafiə hüququ və digər məsələlərlə bağlı məsləhətlərin verilməsi;
  • valideynlik hüquqlarının müdafiəsi istiqamətində məsləhətlərin verilməsi, təmsilçilik;
  • uşaqların (ər-arvadın, yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacıların, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənələri, ögey ata və ananın, ailənin başqa üzvlərinin) saxlanılması üçün alimentin tutulması, alimentin ödənilməsi barədə saziş və digər məsələlərlə bağlı hüquqi yardımın göstərilməsi və təmsilçilik;
  • övladlığa götürülmə və onun ləğvi, qəyyumluq və himayənin təyin edilməsi istiqamətində hüquqi yardımın təşkili;
  • ailə qanunvericiliyinə dair məsləhətlərin verilməsi və s.

Əmək hüquq münasibətləri üzrə:

  • əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının tənzimlənməsi;
  • əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
  • kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsində ekspert qismində iştirak və zəruri məsləhət və rəylərin verilməsi;
  • əmək müqaviləsinin tərtibi və onun elektron qeydiyyatdan keçirilməsi;
  • əmək şəraiti, əmək funksiyalarının müəyyən olunması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
  • işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin tənzimləməsində hüquqi xidmətlərin göstərilməsi;
  • əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
  • müəssisədə işçilərin ixtisar aparılmasının hüquqi tənzimlənməsi ;
  • kadr kargüzarlığının aparılması;
  • əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
  • işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
  • əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
  • kollektiv əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
  • fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
  • işçilərin sosial sığorta olunmasının tənzimlənməsi;
  • əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli və s.

Mülki, inzibati, cinayətişlərininaparılması konsultasiyası

  • mülki hüquqların müdafiəsi;
  • dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktlarının etibarsız hesab edilməsi barədə yardım;
  • şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi;
  • daşınar və daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı;
  • məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi;
  • daşınmaz əmlak mülkiyyətçisinin dəyişdirilməsi ilə əlaqədar hüquqların dövlət qeydiyyatına alınması;
  • bank və ya bank olmayan kredit təşkilatları ilə girov və ipoteka münasibətlərinin tənzimlənməsində iştirak;
  • qanunvericiliyə uyğun olaraq, mülki dövriyyənin bütün sahələri üzrə əqdlərin, müqavilələrin tərtibi, təhlili (analizi) və s.;
  • müəssisə və təşkilatların müqavilə üzrə öhdəliklərinin icrasında iştirak;
  • qarantiyaların əldə edilməsində iştirak;
  • sığorta hüquq münasibətlərinin həyata keçirilməsində iştirak və s.

İqtisadi mübahisələr, məhkəmələrdə nümayəndəlik

  • Təşkilatların məhkəmədə, apellyasiya və kassasiya məhkəmələrində maraqların təmsil edilməsi.
  • Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması.
  • Cinayət işlərində müştərilərin hüquq və maraqlarının qorunması.
  • Müştərilərin nəzarət orqanları (DİŞ, prokurorluğ və vergi orqanları) ilə münasibətdə hüquq və maraqların qorunması.
  • Yerli və xarici firmaların biznesin istənilən sahəsində fəaliyyətinin hüquqi müşaiyət olunması.
  • Dövlət sektoru ilə qarşılıqlı münasibətlərlə bağlı məsləhətlərin verilməsi, mübahisələrin tənzimlənməsi.
  • Nəzarət orqanları (DİO, prokurorluğ, vergi) ilə münasibətlərdə müştərinin nümayəndəliyinin həyata keçirilməsi.
  • Lisenziyaların və icazələrin alınması.
  • Təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması.
  • Müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi və xitamı ilə bağlı mübahisələrin tənzimlənməsi.

Miqrasiya xidmətləri

  • Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrinin (vəsiqələrinin) alınması;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrinin (vəsiqələrinin) müddətlərinin uzadılması;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin (fərdi icazələrinin) alınması;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin (fərdi icazələrinin) müdətlərinin uzadılması;
  • Azərbaycan Respublikasına gələn Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə (MOM) müvəqqəti olma müddətlərinin uzadılması;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını alması;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin (vəsiqəsinin) alınması;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qaçqın statusunun alınması;
  • Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsinin (hüquqi) həlli;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək müqavilələrinin tərtib edilməsi və elektron qeydiyyatdan keçirilməsi;
  • miqrasiya münasibətlərinin hüquqi tənzimlənməsi və s.

Mənzil hüquq münasibətləri üzrə

  • mənzil münasibətləri, mənzil toxunulmazlığı, yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquqları (vəzifələri) və bu münasibətlərdən irəli gələn mübahisələrin həlli;
  • yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair hüquqi məsləhətlərin verilməsi;
  • yaşayış sahəsinin sosial kirayəsi, xüsusi təyinatlı mənzil fondu, mənzil-tikinti kooperativində payçılıq, yaşayış sahələrinə (kommunal xidmətlərə) görə ödəmələr və bu məsələlərə dair mübahisələrin həlli istiqamətində hüquqi məsləhətlərin (rəyin) verilməsi ( və təmsilçilik) və s.

Biznes sahiblərinə, fiziki şəxslərə və hətta böyük qurumlara hüquq xidmətini təklif etməklə partnyorlarımızı əlavə əmək haqqı və digər xərclərdən azad edirik. Xidmətlərin icra olunmasına təcrübəli və nüfuzlu mütəxəssislər cəlb olunur.

Məxfilik, qarşılıqlı hörmət və məsuliyyət, legitimlik, səlahiyyətlərin icrasına zəmanət və müştərilərin maraqları hər zaman Bakinar Konsaltinqin prioritetləri olaraq qalacaq.